The Guardian qəzetinin versiyasına görə portuqaliyalı Kriştianu Ronaldu, argentinalı Lionel Messi və almaniyalı Manuel Noyer 2014-cü ildə dünyanın 100 ən yaxşı futbolçusunun siyahısına başçılıq edirlər. Rusiyanın NTV telekanalı xəbər verir ki, siyahı 28 ölkənin 73 idman ekspertinin rəyinə əsasən tərtib olunub. Madridin "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusu hesab edilib. "Barselona" komandasının və Argentina millisinin hücumçusu Lionel Messi isə ikinci yerə layiq görülüb. Siyahıda üçüncü yeri "Bavariya" klubunun və Almaniya yığmasının qapıçısı Manuel Noyer tutur.
Qeyd edək ki, 100 ən yaxşı futbolçusu arasında ilk onluqda "Bavariya"nın daha üç oyunçusu – Aren Robben, Tomas Müller və Filipp Lam, habelə "Barselona"nın iki futbolçusu – Luis Suares və Neymar da yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB