"Liverpul"un əfsanəsi gedir

İngiltərə premyer-liqasının klubu "Liverpul" öz əfsanəsini yola salmağa hazırlaşır. SİA xəbər verir ki, adıçəkilən klubun kapitanı Stiven Cerrard sezonun sonunda komandanın sıralarını tərk edəcək. Bu barədə onun özü klubun mətbuat xidmətinə məlumat verib.

Futbolçunun kliu ilə razılaşması sezonun sonuna qədər olsa da, 34 yaşlı Stiven yeni razılaşma sənədi imzalamayacağını deyib.Yarımmüdafiəçinin bundan sonra Amerika futbol liqasında karyerasını davam etdirəcəyi də bildirilməkdədir.

Xatırladaq ki, Stiven Cerrard "Liverpul" klubunun yetirməsi olaraq, komandada 1987-ci ildən çıxış edir. Əsas komandada isə 1998-ci ildən çıxış etməyə başlayıb. Yarımmüdafiəçi bugünə qədər "Liverpul" sıralarında 695 oyun keçirib və 180 qol vurub. O, "Liverpul" tərkibində 2005-ci ildə Çempionlar Liqasının, 2001-ci ildə UEFA kubokunun, həmin ildə UEFA superkubokunun qalibi olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə