Futbol üzrə İsveç millisinin məşhur hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatına qayıtmaq niyyətindədir. "Pari-San-Jermen"nin 33 yaşlı hücumçusu klubun baş məşqçisi Loran Blanla aralarında yaranan fikir ayrılığı səbəbindən komandasını dəyişmək istəyir. O, bir neçə mövsüm çıxış etdiyi İtaliya A seriyasına qayıtmağı düşünür. İtaliyanın altıqat çempionu olan Z.İbrahimoviç 2005-ci və 2006-cı illərdə "Yuventus", növbəti üç ildə "İnter", 2011-ci ildə isə "Milan"ın heyətində bu titulları qazanıb.
İsveçli futbolçu "Roma"dan təklif gözləyir. Lakin futbolçunun yüksək məvacib tələbləri üzündən razılaşma baş tutmaya bilər. Hazırda o, "Pari San-Jermen" klubunda ildə 12 milyon avro və müxtəlif bonuslar alır. Onun bu klubla müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB