Əlbəyaxa döyüş üzrə
Rusiyanın Murmansk şəhərində əlbəyaxa döyüş üzrə vilayət birinciliyi keçirilib. Yarışlarda Murmansk, Apatitı, Polyarnıy, Kola, Polyarnıye Zori şəhərlərindən və Kola rayonundan təxminən 150 idmançı iştirak edib.
Vilayət birinciliyində Apatitı idmançıları qalib gələrək 1 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi məlumata görə, əlbəyaxa döyüşdə Murmanskda yaşayan həmvətənimiz İsrafil Abıyev bütün rəqiblərindən üstün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB