"Qəbələ" İdman Klubunun taekvondo bölməsi 2014-cü ilə major notlarla yekun vurub. SİA-nın məlumatına görə, gənclərin və böyüklərin ölkə birinciliyi və çempionatında iştirak edən komanda ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
Gənclərin yarışında Aleksandra Nəzərova (52 kq) "Qəbələ"yə qızıl medal qazandırıb. İdmançılar - İlham Əliyev (45 kq), Nicat Əsgərli (63 kq) və Orxan Tağızadə (+78 kq) yalnız finalda məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Əli Məmmədov (51 kq) və Səbinə Hacıəliyeva (59 kq) turniri bürünc medalla yekunlaşdırıb. Yekunda gənclər komandası birinciliyi 5-ci pillədə bitirib.
Böyüklərin çıxışını daha uğurlu hesab etmək olar. Aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazan idmançılar komanda hesabında 3-cü yeri tutublar. Gənclər arasında Avropa və dünya çempionu Məhəmməd Məmmədov (58 kq) bu turniri də qızıll medalla yekunlaşdırıb. Digər qızılı isə Ceyhun Həsənli (+87 kq) qazanıb. Böyüklər arasında yeganə gümüş medalı Günay Ağayeva (53 kq) öz boynundan asıb. Vüsal Məmmədov (54 kq) və Elvin Məmmədov (74 kq) bürünc medala sahib çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB