"Bu il çox uğurlu keçdi. Həm gənclər siyasətində, həm də idman sahəsində". SİA-nın məlumatına görə, bu sözləri bu gün Gənclər İdman Nazirliyində ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən nazir Azad Rəhimov deyib. O, Azərbaycanda gənclər və idman sahəsində xüsusi işlər görüldüyünü ifadə edib: "Ölkədə çox vacib tədbirlər həyata keçilir. Gənclər Evlərinin tikintisi davam edir. Üç rayonda, Sumqayıt, Binəqədi və Qaradağda tikinti işləri başa çatıb. İstəyirik ki, gənclərimiz bütün imkanlardan faydalansınlar. Bu evlərin saxlanması məsələsi var".
Nazir Azərbaycan olimpiya idman komplekslərinin tikintisinin davam etdirildiyini deyib: "Bundan başqa 9 olimpiya idman kompleksinin tikintisi davam edir. Lənkəran, olimpiya idman kompleksinin isə yenidən bərpası həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB