Kaxaber Sxadadze Gürcüstan millisinin başına keçdi

Kaxaber Sxadadze Gürcüstan millisinin başına keçdi

Bakının "İnter" futbol klubunun baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan milli yığma komandasının baş məşqçisi təyin olunub. Bu barədə Gürcüstan Futbol Federasiyasının saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, K.Sxadadze 2015-ci il yanvarın 1-dən iyunun 1-dək Gürcüstan yığması ilə yanaşı Bakının "İnter" klubunun futbolçularını hazırlaşdıracaq. İyunun 1-dən 2017-ci ilin sonunadək gürcü yığmasının baş məşqçisi olacaq.

Məşqçi fəaliyyəti dövründə Kaxaber Sxadadze iki dəfə Gürcüstan, bir dəfə Azərbaycan çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə