Bu gün Fransanın Vandevr şəhərində şahmat üzrə beynəlxalq açıq turnir start götürür. Turnirdə 203 şahmatçı, o cümlədən 17 qrossmeyster iştirak edir. Azərbaycanı təmsil edən qrossmeyster Namiq Quliyevin (2557) rəqibləri yerli şahmatçılarla yanaşı, Ukrayna, Hindistan, Türkiyə, Latviya, Hindistan, Almaniya, Rusiya, Belçika və digər ölkələrin təmsilçiləri olacaq. Ukraynalı Sergey Fedorçuk turnirin favoriti sayılır.
Yarış İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB