“Qəbələ” Rəşad Sadiqovu transfer etdi

“Qəbələ” Rəşad Sadiqovu transfer etdi

"Qəbələ" 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" heyətini Rəşad Sadiqovla gücləndirib. Bu gün 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında "Xəzər Lənkəran"da çıxış edib.

R. Sadiqov karyerası ərzində "Bakı fəhləsi", "Qarabağ", "Şəfa", "Neftçi" və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.

Qeyd edək ki, R. Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə