"Neftçi"nin yoxlama oyunlarının təqvimi məlum olub

"Neftçi"nin yoxlama oyunlarının təqvimi məlum olub

"Neftçi" PFK-nın Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı barədə məlumat vermişdik. SİA-nın məlumatına görə, 11 yanvar tarixində başlayacaq 14 günlük hazırlıq prosesi çərçivəsində komandanın keçirəcəyi yoxlama oyunlarının təqvimi məlum olub.

Yoxlama görüşlərinin tarixini və rəqibləri nəzərinizə çatdırırıq:

14.01.2015

"Neftçi"-"Hajer" (Səudiyyə Ərəbistanı)

17.01.2015

"Neftçi-""Foolad" (İran)

20.01.2015

"Neftçi"-"Guizhou Rehne" (Çin)

21.12.2015

"Neftçi"-"Volın" Lutsk (Ukrayna)

23.12.2015

"Neftçi"-"Dinamo" Moskva (U-23) (Rusiya)

Qeyd edək ki, təqvimdəki oyunlardan əlavə daha bir yoxlama görüşü nəzərdə tutulub. Bütün yoxlama oyunları "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə