Fuad Əsədova yubiley təbriki FOTOLAR

Fuad Əsədova yubiley təbriki FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov assosiasiyanın sabiq baş katibi Fuad Əsədovla görüşüb. SİA-nın məlumatına görə, anadan olmasının 75 illik yubileyi ilə əlaqədar F.Əsədovu AFFA rəhbərliyi adından təbrik edən E.Məmmədov yubilyara xoş arzularını çatdırıb. Üzərində F.Əsədov - 75 yazılmış Azərbaycan milli komandasının futbolkası yubilyara hədiyyə olunub. Fuad Əsədov təbrikə və səmimi sözlərə görə AFFA-ya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə