ABF-nin vitse-prezidenti AİBA-nın büro üzvü seçilib

ABF-nin vitse-prezidenti AİBA-nın büro üzvü seçilib

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib. SİA-nın məlumatına görə, həmyerlimiz bundan sonra AİBA büro üzvü kimi də faəliyyət göstərəcək. Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AİBA-nın vitse-prezidenti Kelani Bayor, AİBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və Süleyman Mikayılovdur. Büro üzvləri 4 il müddətinə seçiliblər. Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır. Bununla bağlı AİBA prezidenti Çinq Ko Vunun ABF-nin vitse-prezidentinə göndərdiyi məktubda deyilir: "Boksun inkişafında göstərdiyiniz xidmətə görə, sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə