AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
17 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVII turunun "Bakı" – AZAL matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
18 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVII turunun "Xəzər Lənkəran" – "Qarabağ" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 12-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
18 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVII turunun "Sumqayıt" – "Qəbələ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 89-cu dəqiqəsində "Sumqayıt" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
18 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVII turunun "İnter" – "Neftçi" matçında "Neftçi" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
6 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun "İnter" – "Neftçi" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
21 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVIII turunun "Qəbələ" – "İnter" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 87-ci dəqiqəsində "İnter" klubunun 10 №-li futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 79-cu dəqiqəsində "Qəbələ" klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmişdir, bu hakimin gözündən yayınmışdır. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. Oyunun 79-cu dəqiqəsində "Qəbələ" klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 38.2).
2.Matçın hakimləri haqqında Hakimlər komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.
20 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Xəzər Lənkəran" – AZAL matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
20 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Simurq" – "Bakı" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
17 dekabr 2014-cü il U-19 Liqasının "Simurq" – AZAL matçının 75-ci dəqiqəsində AZAL klubunun 19 №-li futbolçusu Ümüd Ümüdov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
21 dekabr 2014-cü il U-19 Liqasının "Xəzər Lənkəran" – "Simurq" matçının 88-ci dəqiqəsində "Simurq" klubunun 92 №-li futbolçusu Abdulla Seyidəhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
15 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "Neftçi" – "İnter" matçı başa çatdıqdan sonra "İnter" klubunun futbolçusu olan Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərmişdir. Bundan başqa "İnter" klubunun baş məşqçisi Arif Əmirxanovla "Neftçi" klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov da biri-birinə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. "İnter" klubunun futbolçusu Emin Quliyev hakimə fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır (maddə 38.6 ).
2."İnter" klubunun baş məşqçisi Arif Əmirxanov , "Neftçi" klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov biri-birinə qarşı fiziki təsir göstərdiklərinə görə hər biri 10 oyun cəzalanır.Hər iki şəxsin texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulur (maddə 38.5 ), (maddə 10.4 ).
18 dekabr 2014-cü il U-16 Liqasının "Rəvan" – "Xəzər Lənkəran" matçının 78-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 15 №-li futbolçusu Yusif Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 dekabr 2014-cü il U-16 Liqasının "Bakı" – "Sumqayıt" matçının 33-cü dəqiqəsində "Bakı" klubunun 7 №-li futbolçusu Samir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
21 dekabr 2014-cü il U-14 Liqasının "Şahdağ" (Qusar) – "Xudat" (Xaçmaz) matçında "Xudat" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 dekabr 2014-cü il U-16 Liqasının İOEUGİM (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçının 48-ci dəqiqəsində İOEUGİM klubunun 17 №-li futbolçusu Əliruslan Əbilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).
20 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının "Çıraq Qala" (Şabran) – "Şahdağ" (Qusar) matçının 50-ci dəqiqəsində "Çıraq Qala" klubunun 14 №-li futbolçusu İlkin Allahverdiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1). Oyunun 50-ci dəqiqəsində "Şahdağ" klubunun 8 №-li futbolçusu Süleyman Mikayılov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
21 dekabr 2014-cü il Həvəskarlar üzrə Azərbaycan birinciliyinin "Şərur" – "Sabunçu" matçının 70-ci dəqiqəsində "Sabunçu" klubunun 9 №-li futbolçusu Coşqun Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 82-ci dəqiqəsində "Şərur" klubunun 17 №-li futbolçusu Anar Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 82-ci dəqiqəsində "Sabunçu" klubunun 95 №-li futbolçusu Elçin Abbasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB