Azərbaycanın dörd cüdoçusu dünya reytinqinin ilik onluğunda qərarlaşıb. SİA xəbər verur ki, bu göstərici onların 2016-cı il Olimpiadasında iştirak etmələrini qətiləşdirib. Digər üç cüdoçumuz isə lisenziya zonasında olduqları üçün Olimpiadada iştirak etməyə şanslı namizəddirlər. Belə ki, əgər bu gün Rio-de-Janyeroya yollanış vərəqələri təqdim olunsaydı, həmin cüdoçularımız da Olimpiadada iştirtak etmək hüququnu əldə etmiş olardırlar.
Sıralamaya gəlincə, 60 kiliqramlıq çəki kateqoriyasında güləşən Orxan Səfərov dünya reytinqinqinin ilk onluğunda 5-ci yerə sahibdir. 66 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müçküyev 8-cidir.
66 kq çəki dərəcəsinə qədər güləşən Tərlan Kərimov 21-ci, 73 kq çəki dərəcəsi üzrə mübarizə aparan Rstəm Orucov 10-cu, Məmmədləi Mehdiyev (90 kq) 17-ci, Elmar Qasımov (100 kq) 7-ci, Üşəngi Kokuari (100 kq-dan artıq) isə 33-cü yerdə qərarlaşıb.
Kişilər üzrə hər çəki dərəcəsində reytinqə görə Olimpiadaya 22 cüdoçu qatıla biləcək. Rioda iştirak edəcək yarışlarda hər ölkə çəki dərəcəsinə görə, bir idmançısı ilə təmsil olunacaq. Eyni zamanda reytinq cədvəlində kontinental kvotalar da mövcuddur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB