Yeniyetmə güləşçilərimiz Dağıstanda iki medal qazanıblar

Yeniyetmə güləşçilərimiz Dağıstanda iki medal qazanıblar

Dağıstanın Kaspiysk şəhərində Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçirilib. Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın üzvləri turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanıb. Turnirdə 85 kiloqram çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov yalnız finalda uduzaraq gümüş medala yiyələnib. Əhliman Quliyev (76 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə