Abdulbari Gözəl "Qarabağ"ın bazasını ziyarət edib FOTOLAR

Abdulbari Gözəl "Qarabağ"ın bazasını ziyarət edib FOTOLAR

"Qarabağ" Futbol Klubun prezidenti Abdulbari Gözəl komandanın bazasını ziyarət edib. SİA-nın məlumatına görə, o, idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya təşrif buyurub. A. Gözəli "Qarabağ" FK-nın direktoru Emrah Çelikel qarşılayıb. Klub prezidenti baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla görüşüb. A. Gözəl Qurban Qurbanovu bir daha Avroliqadakı uğurlu çıxış münasibəti ilə təbrik edib. O, "Qarabağ"ın "İnter"lə oyunda haqsızlığa uğradığını bildirsə də mənəvi cəhətdən qalib olduğunu qeyd edib. Klub prezidenti hər kəsə "Qarabağ" ruhunun fərqliliyinin nümayiş etdirildiyini bildirdi. O, "Qarabağ"ın əslində qalib olduğunu bildirərək daha böyük uğurlar üçün yeni çağırışlara zəmin yarandığını vurğulayıb.

Ardınca A. Gözəl hazırda inşası davam edən stadiona gedib. Klub prezidenti tikinti işlərinin gedişatı ilə yaxından tanış olub. Stadion inaşaatı haqqında ətraflı bilgilər alan A. Gözəl işlərin sürətləndirilməsi yönündə təlimatlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə