İker Kasılyas: “Real” novbəti dəfə Çempionlar liqasının qalibi olmağa çalışacaq

İker Kasılyas: “Real” novbəti dəfə Çempionlar liqasının qalibi olmağa çalışacaq

Marokkoda klublar arasında futbol üzrə dünya çempionatı başa çatıb. Finalda Argentinanın "San-Lorenso" komandasını 2:0 hesabı ilə məğlub edən "Real" turnirin qalibi olub. Bu, İspaniya klubunun 2014-cü ildə qazandığı dördüncü turnirdir. O, həmçinin milli Kubokda, Çempionlar liqasında və UEFA superkubokunda qələbələrə imza atıb.

Lakin "Real"ın oyunçuları bununla kifayətlənmək niyyətində deyillər və 2015-ci ildə də Çempionlar liqasının qalibi olmaq üçün mümkün olan hər şeyi edəcəklər. Komandanın qapıçısı və kapitanı

İker Kasılyas bəyan edib ki, bu, klubun qüvvəsi daxilindədir.

Xatırladaq ki, "Real" Çempionlar liqasını indiyədək on dəfə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə