Anxel di Mariya Aregtinada Messidən yaxşıdır

Anxel di Mariya Aregtinada Messidən yaxşıdır

Argentinada ilin ən yaxşı futbolçuları müəyyənləşib. İdman jurnalistləri arasında aparılan səsverməyə əsasən, "Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel di Mariya ölkəni xaricdə ən yaxşı təmsil edən futbolçu olub. O, səsvermədə "Barselona"nın hücumçusu Lionel Messini qabaqlamağı bacarıb.

Argentina çempionatının ən yaxşı futbolçusu adına isə "Veles Sarsfild"in futbolçusu Lukas Pratto layiq görülüb.

Qeyd edək ki, di Mariya ötən mövsüm şərəfini qoruduğu "Real" ilə Çempionlar Liqasının kubokunu və Argentina millisi ilə dünya çempionatının gümüş mükafatını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə