"İnter" Futbol Klubunun qış təlim-məşq toplanışı məlum olub. SİA-nın məlumatına görə, dekabrın 21-də "Qəbələ" ilə görüşdən sonra "İnter"in futbolçuları istirahətə göndəriləcəklər. Yanvarın 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində toplanacaqlar. Məşq prosesi yanvarın 3-də başlayacaq. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Komanda yanvarın 24-də Vətənə qayıdacaq.
Qeyd edək ki, "İnter" Antalyada "Kaya Palazzo" otelində məskunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB