Azərbaycan azarekşlərinin UEFA-ya çoxsaylı müraciətlərindən sonra bu təşkilat azarkeşlərin "facebook"dakı Avropa Liqasının fan-səhifəsinə olan girişinə qadağa qoyub. SİA xəbər verir ki, hazırda Azərbaycan IP-nin sözügedən səhifəsinə daxil olmaq mümkün deyil. Lakin buna rəğmən, UEFA-nın və Çempionlar Liqasının səhifələrinə girişdə problem yoxdur.
Xatırladaq ki, azərbaycanlı azarkeşlərin "Qarabağ" (Ağdam) -"İnter" (Milan) oyunundan sonra çexiyalı hakimlərlə bağlı çoxsaylı şikayətlərindən sonra UEFA-nın "facebook" səhifəsinə on minlərlə müraciət daxil olmuşdu. Ancaq UEFA "Qarabağ"-ın "İnter"ə vurduğu qolu hesaba almayaraq, həmin müraciətlərə mənfi cavab verib. Nəticədə "Qarabağ" klubu növbəti mərhələyə adlaya bilməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB