Maldiv adaları da Azərbaycanı keçdi
Öz yerimizdə sayırıq

FİFA millilərin reytinq siyahısını açıqlayıb. Hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 135-ci pillədə qərarlaşıb. Bununla, komandamızın FİFA-nın reytinq cədvəlində enişi başa çatıb. Son 3 ayda açıqlanan siyahılarda hər dəfə aşağı yuvarlanan və nəticədə 62 pillə geriləyən millimiz bu dəfə mövqeyini qoruyub.

209 ölkə arasındakı 135-ci yeri Tacikistanla bölən komandamız kimi, əksər yığmalar üçün də ciddi dəyişiklik olmayıb. Buna səbəb noyabrın 27-dən sonra yığmalar səviyyəsində çox az sayda matç baş tutub.

12 addımlıq sıçrayışa nail olan Maldiv adaları artıq millimizi keçib. Əvəzində bizdən öndə olan Əfqanıstan geriləyib və artıq millimizə aşağıdan yuxarı baxır. Ümumiyyətlə isə siyahıdakı cədvəldə "qonşularımız" cüzi yerdəyişmələr edib.

Millimiz və "qonşuları"

130 (142). Maldiv adaları – 220

130 (128). Filippin - 220

132 (130). Lixtenşteyn – 219

133 (131). Qvineya-Bisau – 218

134 (133). Yeni Zelandiya - 216

135 (135). AZƏRBAYCAN – 215

135 (134). Tacikistan – 215

137 (138). Vyetnam – 211

137 (141). Mavritaniya - 211

139 (139). Qazaxıstan - 205

140 (145). Sent-Lusiya – 202

İlk "onluğ"un tərkibində isə heç bir dəyişiklik olmayıb. Son dünya çempionu və finalçısı ilk iki pillədə yerlərini qoruyub.

İlk "onluq"

1 (1). Almaniya – 1725

2 (2). Argentina – 1538

3 (3). Kolumbiya – 1450

4 (4). Belçika – 1417

5 (5). Hollandiya - 1374

6 (6). Braziliya – 1316

7 (7). Fransa – 1160

7 (7). Portuqaliya - 1160

9 (9). İspaniya - 1142

10 (10). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizin də xalı dəyişməz qalıb. Amma onlardan birinin mövqeyi dəyişib. Malta yığması KXDR-ın 13 pilləlik enişi sayəsində 1 addım irəliləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (11). İtaliya – 1103

19 (19). Xorvatiya – 946

66 (66). Bolqarıstan - 506

67 (67). Norveç - 500

135 (135). AZƏRBAYCAN – 215

147 (148). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, "ay-ulduzlular" 1 pillə geriləyib və artıq siyahıda 49-cudu.

Bütün xəbərlər Facebook səhifəmizdə