"Qəbələ" məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

"Qəbələ" məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Topaz Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Oyunda qapılara 2 qol vurulub. Qolların hərəsi bir komandanın aktivinə yazılıb. Matçın 66-cı dəqiqəsində meydan sahibi komandanın futbolçusu Məhəmməd Qurbanov rəqib qapısına yol tapıb. 87-ci dəqiqədə isə hakim "Sumqayıt"ın qapısına penalti təyin edib. Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Kapital Bank Arena"da keçirilən oyunun baş hakimi Rəhim Həsənov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə