Bakının voleybolçu qadınlardan ibarət "Azərreyl" komandası Çağırış kuboku yarışlarında növbəti oyununu keçirib. SİA-nın xəbərinə görə, "Azərreyl" İsveçrədə turnirin onaltıdabir final mərhələsinin cavab oyunları çərçivəsində yerli "Voley Keniç" komandasının qonağı olub. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə "Azərreyl" komandası 1:3 hesabı ilə məğlub olub.
Komandalar arasında Bakıda keçirilən oyunda isə Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, "Azərreyl" komandası Çağırış kuboku yarışlarının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB