Roberto Karlos: “Messi rekordmendir, amma Ronaldu birincidir”

Roberto Karlos: “Messi rekordmendir, amma Ronaldu birincidir”

Madrid "Real"-ın keçmiş müdafiəçisi Roberto Karlos hesab edir ki, "kralların" hücumçusu Kriştianu Ronaldu hazırda "Barselona"nın forvardı Lionel Messini üstələyir. SİA xəbər verir ki, keçmiş brazilyalı futbolçu bu barədə "onda cero" saytına müsahibəsində deyib.

"Ronaldu barədə çox danışmağa ehtiyac yoxdur. Sadəcə onun oyunlarına baxmaq kifayət edər. Həmin oyunlarına ki, Ronaldu həmin oyunlarda sahəyə zədəli halda çıxıb. O, qol vura bilməyəndə əsəb sarsıntıları keçirir. Bu da Ronaldunun peşəkarlığının göstəricisidir. O, "Real"da liderdir. Lakin digər oyunçulardan da asılıdır. Topa yiyələnməkdən ötrü həmin top İskodan, Kroosdan, Rodriqesdən, Benzamadan keçməlidir. Kriştianu bir nömrəli futbolçu kimi qalmaqda davam edir. Bxmayaraq ki, Messi yeni-yeni rekordlara imza atır".

Qeyd edək ki, Ronaldu, Messi və Noyer 2014-cü ilin ən yaxşı futbolçusu adını qazanmağa namizəddirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə