Azərbaycan futbolunda YENİ REKORD

Azərbaycan futbolunda YENİ REKORD

Topaz Premyer Liqasının 2014/15 mövsümündə yeni rekord qeydə alınıb. AZAL-ın futbolçusu Tomi Kostadinov 4 dəqiqəyə 2 qol vuran ilk futbolçu kimi mövsümün rekordçusu olub.

Bolqarıstanlı legioner buna "Bakı" ilə Topaz Premyer Liqasının bu gün baş tutan XVII turunun qarşılaşmasında 42 və 45-ci dəqiqələrdə qol sevinci yaşamaqla nail olub.

O, "Simurq"un serbiyalı legioneri Draqan Çeranın rekordunu yeniləyib. Sonuncu XIII turun noyabrın 23-dəki qarşılaşmasında 5 dəqiqəyə 2 qol vurmuşdu. Çeran "Qəbələ" ilə səfər oyununun 79 və 83-cü dəqiqələrində fərqlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə