“Lokomotiv” dörddəbir finala yüksəlib

“Lokomotiv” dörddəbir finala yüksəlib

Dekabrın 17-də Bakının voleybolçu qadınlardan ibarət "Lokomotiv" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında növbəti oyununu keçirib. Komandamız səkkizdəbir final mərhələsinin cavab oyunları çərçivəsində Serbiyanın "Srvena Zvezda" kollektivini qəbul edib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüş "Lokomotiv"in üstünlüyü ilə başa çatıb – 3:1. Bu qələbə ilə Bakı təmsilçisi komandası CEV kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə