İbrahim Uzunca: "Oyunumuz alınmadı"

İbrahim Uzunca: "Oyunumuz alınmadı"

"Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XVII turunda AZAL-a 1:3 hesabı ilə məğlub olan "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca deyib. O, məğlubiyyəti unudub, qarşıdakı oyunlara hazırlaşmalı olduqlarını qeyd edib: "Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. "Simurq"la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə