31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək. SİA-nın məlumatına görə, veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.
AVİF bütün velosiped həvəskarlarını dekabrın 27-də yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB