"İnter"-ilk 10 ilin izi" ilə kitabının təqdimatı keçirilib

"İnter"-ilk 10 ilin izi" ilə kitabının təqdimatı keçirilib

"İnter" Peşəkar İdman Klubunun on illik yubileyinə həsr edilən "İnter" - ilk 10 ilin izi ilə" kitabının təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, müəlliflər, "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov və komandanın baş direktorunun müavini Aleksey Barvinski kitab haqqında məlumat veriblər.

"İnter"in prezidenti Georgi Nikolov klub haqqında kitabın çapdan çıxmasının yaxşı ənənəyə çevriləcəyinə ümid etdiyini bildirib. Oxucuların kitabda klub barədə daha ətraflı məlumat ala biləcəklərini vurğulayan G.Nikolov müəlliflərə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə