Türkiyənin Kocaeli şəhərində qılıncoynatma üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda 23 ölkədən şpaqa və rapiraçılar mübarizə aparıblar. Azərbaycan yarışda 15 kişi, 5 qadın şpaqaçı ilə təmsil olunub. İdmançılarımızdan 7-si "Gömrük", 3-ü "Fencing" klublarının üzvləridir.
Təmsilçilərimizdən Kənan Əliyev gümüş, Vəkil Nəsibov bürünc medal qazanıb. Hər iki idmançı "Gömrük" klubunda çıxış edir.
Bu klubun qadın idmançıları Samirə Hüseynova 11-ci, Elmira Xudaverdiyeva isə 20-ci yerləri tutublar.
Turnirdə Azərbaycan ilə yanaşı, Braziliya, Argentina, Avstriya, İtaliya, Makedoniya, Sloveniya, Küveyt, Belarus, Türkmənistan, Gürcüstan və Türkiyə qılıncoynadanları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB