Fariz Məmmədov Valentin Kutsu nokaut etdi

Fariz Məmmədov Valentin Kutsu nokaut etdi

Azərbaycanı və "Qəbələ"ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Ukraynanın paytaxtı Kiyevdə keçirilən "K2 Promotions"un təşkil etdiyi döyüşün iştirakçısı olub. SİA-nın məlumatına görə, F. Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb. O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin F. Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokaut edib. Sözügedən döyüşün videoyazısını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə