Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki daha iki oyuna canlı baxacaq. SİA-nın məlumatına görə, o, bu gün saat 10:00-da Sumqayıt şəhərindəki "Kapital Arena" stadionunda keçiriləcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə "Sumqayıt" klubunun U-17 komandası arasında yoldaşlıq oyununu və Topaz Premyer Liqasının XVII turu çərçivəsində saat 14:00-da, "Bakı" FK-nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq "Bakı" - AZAL qarşılaşmasını canlı izləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB