Qəbələ cüdoçuları birinci olublar

Qəbələ cüdoçuları birinci olublar

Uşaq və yeniyetmələr arasında cüdo üzrə Qəbələ rayon açıq turniri keçirilib. SİA-nın məlumatına görə, "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə baş tutan yarışda Bakı, Sumqayıt və 10 rayondan 260 idmançı çıxış edib. Müxtəlif klub və cəmiyyətləri təmsil edən 21 komandanın cüdoçuları iki yaş qrupunda mübarizə aparıb.

2002-2003 və 2004-2005-ci il təvəllüdlülər arasında təşkil olunmuş yarışda komanda hesabında 1-ci yeri Qəbələ rayonu tutub. "Qəbələ" İdman Klubunun Qəbələ bölməsini təmsil edən komanda 15 medal - 3 qızıl, 3 gümüş və 9 bürünc mükafat qazanıb. 2-ci yeri Sumqayıt şəhərinin komandası tutub. Zaqatala idmançıları isə turnirin 3-cüsü olub.

Qeyd edək ki, yarışı respublika dərəcəli hakimlər idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə