Sadıq Sadıqov: "Gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik"

Sadıq Sadıqov: "Gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik"

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov Emil Balayevin "Ayntraxt" klubuna keçidi ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, Azərbaycan futbolunun inkişaf etməkdə olduğunu qeyd edib: "Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Son illərdə aparılan gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik. "Neftçi" PFK-nın yetirməsi olan Emil Balayev həm də milli komandamızın üzvüdür. Onun bir qapıçı kimi yetişməsi də son illərdə gənc və yerli oyunçulara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz inanırıq ki, Emil Balayev "Ayntraxt"ın heyətində möhkəmlənərək Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək. "Neftçi" PFK-nın aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçu yetişməkdədir. Şübhəsiz ki, onlar da gələcəkdə "Neftçi"nin heyətində möhkəmlənərək uğurlu legioner həyatı yaşayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə