Azərbaycan çempionatında son günün nəticələri

Azərbaycan çempionatında son günün nəticələri

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. SİA-nın məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində 70 pəhləvan mübarizə aparıb.

75 kq
FİNAL - Samran Nəsibov - Niyaməddin İbrahimov 0:9
Bürünc medal görüşü - Şəmistan Quluzadə - Nicat Sadıqov 4:1
Bürünc medal görüşü - Əmrah Mazanov - Hacımurad Bağmanov 5:2
80 kq
FİNAL - Rafiq Hüseynov - Elvin Mürsəliyev 2:2*
Bürünc medal görüşü - Emil Həmidov - Fuad Əliyev 0:4
Bürünc medal görüşü - Məhəmmədəli Məhəmmədəliyev - Emin Əhmədov 7:5
85 kq
FİNAL - İslam Abbasov - Şəhriyar Məmmədov 5:0
Bürünc medal görüşü - Anar Rəsulzadə - Tural Daşdəmirov 0:5
Bürünc medal görüşü - Orxan Qətranov - Soltan İsmayılov 0:5
98 kq
FİNAL - Türmən Eyyubov - Zamir Məhəmmədov 1:0
Bürünc medal görüşü - Əli Həsənov - Namik Kamilov 2:0
Bürünc medal görüşü - Rüfət Hüseynov - Saman Təhmasibi +:- (zədə)
130 kq
FİNAL - Valera Rodriqes - Sabah Şəriəti 0:5
Bürünc medal görüşü - Rza Abdullazadə - Səbuhi Hümbətov 6:3
Bürünc medal görüşü - Hacımurad Çöpsiyev - Qoşa Davitadze 2:4

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif, tam dəst idman geyimi ilə təmin olunublar və həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə