Bakı şəhər Qış Kuboku keçirilib FOTOLAR

Bakı şəhər Qış Kuboku keçirilib FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə "Monolit Plazada" Nə? Harada? Nə zaman? İntellektual oyunu üzrə Bakı şəhər Qış Kuboku keçirilib. SİA-nın məlumatına görə, oyunda 30 komanda tərkibində 180 gənc iştirak edib. Hər komandanın tərkibində 6 oyunçu olub. Yarış hərəsində 15 sual olmaqla 5 tur keçirilib. İştirakçılara verilən suallar dünya görüşünü, Azərbaycanın tarixini, məntiqi və s. əhatə edib.

Nəticələrə görə, I yerə "Vendetta", II yerə "Leriafan", III yerə isə "Strikoza-Qrenberqa" layiq görülüb. Qalib komandalar Baş İdarə tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə