Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçilirib. SİA-nın məlumatına görə, mərasim İsveçrənin Nyon şəhərində baş tutub. Püşkatmada 8 ölkəni təmsil edən 16 komanda iştirak edib.
Nəzərinizə çatdıraq ki, püşkatmada eyni qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bir-biri ilə qarşılaşa bilməzdilər.
1/8 final mərhələsinin ilk oyunları 2015-ci il 17-18 və 24-25 fevralda, cavab görüşləri isə 10-11 və 17-18 mart tarixlərində keçiriləcək.
1/8 finalda qarşılaşacaq bütün cütlükləri:
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bazel" (İsveçrə) - "Portu" (Portuqaliya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB