Məlum olduğu kimi, Avropa Liqasının VI oyun günündə keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı "Qarabağ" Futbol Klubu tərəfindən şikayət məktubu yazılıb. Gözlədiyimiz zaman həftə sonu olduğu üçün UEFA-dan hələ ki, heç bir cavab gəlməyib. Şikayətin cavabından asılı olmayaraq , bu həftənin çərşənbə günü "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marchetti ilə görüş vaxtı təyin edilib. Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında belə qeyd edib: "Nəticədən asılı olmayaraq, futbolun ürəyi olan UEFA-ya gedəcəyəm. Qapalı və ya açıq görüşdə həmin epizoda onlarla birgə baxacağam və "Qarabağ"a qarşı haqsızlıq edildiyini onların dilindən eşidəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB