İstanbul komandası "Konyaspor"a rəhm etmədi
Türkiyə Superliqasında 13-cü turun oyunları davam edir. "Qalatasaray" inamlı qələbə qazanıb. Səfərdə "Torku Konyaspor"un qonağı olan "Cim bom" rəqibə heç bir şans verməyib.
Qarşılaşmada hesabı Umut Bulut (16`) açıb. 23-cü dəqiqədə Emre Çolak Selçuk İnanın ötürməsini saxlamadan tora göndərib. Bundan sonra səhnəyə çıxan Burak Yılmaz 37 və 58-ci dəqiqələdə 2 qol vurmaqla hesabı biabırçı həddə çatdırıb. Oyunda son nöqtəni 62-ci dəqiqədə Hamit Altıntop qoyub.
Konyaspor 0:5 Qalatasaray
Rəqibi darmadağın edən İstanbul təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin zirvəsinə yüksəlib. Əgər "Beşiktaş" Qaziantep səfərində xal itirsə, "aslanlar" ilk pillədə qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB