Pekində Dünya İntellektual Oyunları çərçivəsində şahmat proqramı da start götürüb. Kişilər arasında sürətli şahmat üzrə turnirdə reytinq cədvəlinin favoriti Aleksandr Qrişşuk qalib gəlib. Rusiyalı şahmatçı keçirdiyi yeddi görüşdən ağ fiqurlarla oynadığı dördünü heç-heçə başa vurub, qara fiqurlarla oynadığı üç partiyada qalib gəlib. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, fransız Maksim Vaşye-Laqrav, çinli Van Xao və erməni Levon Aroyan qalibdən yarım xal geri qalıblar. Turnir cədvəlini 2 xalla azərbaycanlı Teymur Rəcəbov tamamlayıb.
Pekində qadınlar arasında rapid-turnirdə keçən il olduğu kimi Valentina Qurina qalib gəlib. Çin nümayəndəsi Xou İfan ondan yarım xal geri qalıb.
Bu gün blits-turnir start götürür. Dekabrın 15-dək keçiriləcək blits-yarışlar iki dövrədə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB