YAP GB “Qarabağ” – “İnter” oyununda

YAP GB “Qarabağ” – “İnter” oyununda

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Qarabağ" – "İnter" oyununu canlı izləyib. SİA-nın məlumatına görə, Birliyinin üzvləri matçın başlamasına bir neçə dəqiqə qalmış bir araya gələrək stadiona üz tutub. Həyəcanla gözlənilən oyunun ilk dəqiqələrindən hücuma atılan "Qarabağ" komandasından qol gözləyən gənclər ilk hissənin qolsuz bərabərliyini izləyiblər. İkinci hissəyə aktiv başlayan "Qarabağ" komandasının qələbəsinə inam çox böyük olub. Hissənin sonunda irəli atılan futbolçularımız qol vursalar da, hesaba alınmayıb. Gənclər oyundan məyus şəkildə geri qayıdıb.

"Qarabağ" komandasına daha yaxşı oyunlar arzu edir, qələbələrinin sayının çox olmasını diləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə