Azərbaycan milli komandası və "Qəbələ" klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. SİA-nın məlumatına görə, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub. Travmotoloq-cərrah, professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatın zəruriliyini üzə çıxarmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB