Peruda futbol üzrə ölkə kubokunun yarımfinal matçında bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, "Sport Aguila" və "Fuerza Minera" arasındakı oyunda futbolçunu ildırım vurub. Bədbəxt hadisə ilə üzləşən "Sport Aguila"nın 21 yaşlı futbolçusu Joao Kontreras dərhal xətəxanaya aparılıb. Futbolçuya ikinci dərəcəli yanıq diaqnozu qoyulub.
Qeyd edək ki, ildırımın təsirindən oyunun yan xətt hakimi də xəsarət alıb. Ancaq o, yüngül xəsarət aldığına görə yalnız ilk tibb yardıma ehtiyac görülüb.
Qarşılaşma isə təxirə salınıb. Hadisəyə qədər oyunun hesabı 1:1 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB