"Azəri" GK və "Cəngi" GK 1 saylı nümayəndəliyin ən güclüsüdür

"Azəri" GK və "Cəngi" GK 1 saylı nümayəndəliyin ən güclüsüdür

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2001-2003-cü il təvəllüdlü) arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçirilib. SİA-nın məlumatına görə, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyıb.
Komandalar iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yerlər, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.
Yarışdan əvvəl isə, hakimlər üçün seminar keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən hakimliyə yeni cəlb edilmiş şəxslərə güləş qaydalarındakı son yeniliklər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yerlər uğrunda "Aran" İK və "X.Cəfərov" GK, finalda isə "Azəri GK və "Xəzri" GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə komanda yarışlarının qalibi "Xəzri" Güləş Klubu olub. "Azəri" GK ikinci, "Xosrov Cəfərov" GK isə üçüncü yeri tutub.
Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yerlər uğrunda "Hövsan" GK və "Həyat" GK, finalda isə "Bakı" GK və "Cəngi" GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə komanda yarışlarının qalibi "Cəngi" Güləş Klubu olub. "Bakı" GK ikinci, "Hövsan" GK isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.

Sərbəst güləş yarışları

A yarımqrupu Nəticə Yekun
Nardaran GK - Həyat GK
Aran İK - Azəri GK
Nardaran GK - Aran İK
Həyat GK - Azəri GK
Nardaran GK - Azəri GK
Həyat GK - Aran İK
4-6
4-6
4-6
2-8
2-8
3-7
1. Azəri GK
2. Aran İK
3. Həyat GK
4. Nardaran GK
Final
Azəri GK - Xəzri GK

3-4-cü yer uğrunda
Aran İK - X.Cəfərov GK

5*-5 (22-23)


2-8
1. Xəzri GK
2. Azəri GK
3. X.Cəfərov GK
4. Aran İK
5. Müşfiqabad GK
6. Həyat GK
7. Zenit İC
8. Nardaran GK

B yarımqrupu
X.Cəfərov GK - Xəzri GK
Zenit İC - Müşfiqabad GK
X.Cəfərov GK - Zenit İC
Xəzri GK - Müşfiqabad GK
X.Cəfərov GK - Müşfiqabad GK
Xəzri GK - Zenit İC
4-6
4-6
7-3
8-2
8-2
6-4
1. Xəzri GK
2. X.Cəfərov GK
3. Zenit İC
4. Müşfiqabad GK

Yunan-Roma güləşi yarışları

A yarımqrupu Nəticə Yekun
Məhsul İC - X.Cəfərov GK
Bakı GK - Hövsan GK
Məhsul İC - Bakı GK
X.Cəfərov GK - Hövsan GK
Məhsul İC - Hövsan GK
X.Cəfərov GK - Bakı GK
5-5* (23-26)
5-5* (20-24)
3-7
5*-5 (24-22)
3-6
2-8
1. Bakı GK
2. Hövsan GK
3. X.Cəfərov GK
4. Məhsul İC
Final
Bakı GK-Cəngi GK

3-4-cü yer uğrunda
Hövsan GK - Həyat GK

5-5* (22-23)


5*-5 (24-22)
1. Cəngi GK
2. Bakı GK
3. Hövsan GK
4. Həyat GK
5. Olimp İK
6. X.Cəfərov GK
7. Məhsul İC
8. Pirallahı GK

B yarımqrupu
Həyat GK - Olimp İK
Cəngi GK - Pirallahı GK
Həyat GK - Cəngi GK
Olimp İK - Pirallahı GK
Həyat GK - Pirallahı GK
Olimp İK - Cəngi GK
6-4
8-2
3-7
7-3
7-3
4-6
1. Cəngi GK
2. Həyat GK
3. Olimp İK
4. Pirallahı GK

Bütün xəbərlər Facebook səhifəmizdə