“Qəbələ”nin baş məşqçisi istefa verib

“Qəbələ”nin baş məşqçisi istefa verib

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu postundan istefa verib. SİA-nın məlumatına görə, mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. "Qəbələ"nin baş məşqçi postu müvəqqəti olaraq köməkçi məşqçi Sənan Qurbanova tapşırılıb. Əsas komandada fəaliyyət göstərən qapıçı məşqçisi Dimitri Kramarenko və "Qəbələ" Futbol Akademiyasının U-17 komandasının məşqçisi Ramin Quliyev Sənan Qurbanovun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

"Qəbələ" FK Dorinel Muntyanuya klubdakı fəaliyyətinə görə təşəkkür edir, rumıniyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə