“Lokomotiv”ə texniki məğlubiyyət verildi İK-nın qərarları

“Lokomotiv”ə texniki məğlubiyyət verildi İK-nın qərarları

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

3 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçi" – "Qaradağ Lökbatan" matçının 68-ci dəqiqəsində "Neftçi" klubunun 18 №-li futbolçusu Cave da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

3 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçala" – AZAL matçında "Neftçala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində "Neftçala" klubunun 21 №-li futbolçusu Elvin Adışirinli və AZAL klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanır, AZAL klubu 2000, "Neftçala" klubu 200 manat cərimə olunur (maddə 37.1).

3 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Simurq" – "Rəvan" matçının 55-ci dəqiqəsində "Rəvan" klubunun 99 №-li futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

3 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Sumqayıt" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 83-cü dəqiqəsində "Sumqayıt" klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90+1-ci dəqiqəsində "Bakı" klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

7 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 58 və 82-ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

7 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XV turunun "Qarabağ" – "Neftçi" matçında "Neftçi" klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).

6 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Xəzər Lənkəran" – "Qəbələ" matçının 41-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 70 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

6 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Sumqayıt" – "Simurq" matçında "Simurq" klubunun 4, "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

8 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Kəpəz" – "Turan Tovuz" matçında "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

8 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Şəmkir" – "Göyəzən" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 29-cu dəqiqəsində "Göyəzən" klubunun 29 №-li futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

8 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Qaradağ Lökbatan" – "Rəvan" matçında "Qaradağ Lökbatan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 45-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 7 №-li futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Oyunun 84-cü dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

8 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Ağsu" – "Lokomotiv" matçında "Lokomotiv" klubu meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun fasiləsi zamanı "Lokomotiv" klubunun futbolçusu zədələnmişdir. Bununla da, yetərsay təmin olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 31).

1 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "Kəpəz" – "Sumqayıt" matçının 30-cu dəqiqəsində "Kəpəz" klubunun 8 №-li futbolçusu Mahsun Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

1 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "Qəbələ" – "Bakı" matçının 86-cı dəqiqəsində "Qəbələ" klubunun 6 №-li futbolçusu Sahil Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 48).

1 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "Neftçi" – "Xəzər Lənkəran" matçının 89-cu dəqiqəsində "Neftçi" klubunun 22 №-li futbolçusu Mehman Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).

1 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "İnter" – "Neftçi İK İB" matçının 50-ci dəqiqəsində "İnter" klubunun 5 №-li futbolçusu Yunis Muxtarlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

1 dekabr 2014-cü il Bakcell U-17 Liqasının "Vətən" – "Qarabağ" matçının 80-cı dəqiqəsində "Vətən" klubunun 17 №-li futbolçusu Saday Rəhimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

4 dekabr 2014-cü il U-16 Liqasının "Şirvan" – "Sumqayıt" matçının 32-ci dəqiqəsində "Şirvan" klubunun baş məşqçisi Tahir Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

4 dekabr 2014-cü il U-16 Liqasının "Vətən" – AZAL matçının 80+2-ci dəqiqəsində "Vətən" klubunun 10 №-li futbolçusu Nəbi Nəbizadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

1 dekabr 2014-cü il U-15 Liqasının "Simurq" – "İnter" matçının 70+2-ci dəqiqəsində "İnter" klubunun 19 №-li futbolçusu Nicat Təhməzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

5 dekabr 2014-cü il U-14 Liqasının "Gənclər" (Şəmkir) – "Turan TİK" (Tovuz) matçının 12-ci dəqiqəsində "Gənclər" klubunun 10 №-li futbolçusu Nazim Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

6 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının Bakı Kəndləri – RİOEUGİM (Bakı) matçında RİOEUGİM klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfədir təkrarlandığından klub yarışlardan xaric olunur.

6 dekabr 2014-cü il Coca-Cola U-13 Liqasının Göyçay OİK (Göyçay) – Uğur (Ucar) matçının 17-ci dəqiqəsində Göyçay OİK klubunun 1 №-li futbolçusu İlkin Bəyalıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır(maddə 42.3).

6 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Yasamal" – "Neftçi 2" matçının 27-ci dəqiqəsində "Yasamal" klubunun 27 №-li futbolçusu Bəhruz Balayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).

6 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin "Təmiz Binəqədi" – "Xəmsə" matçı başa çatdıqdan sonra "Xəmsə" klubunun 1 №-li futbolçusu Novruz İbrahimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

Oyun başa catdıqdan sonra "Xəmsə" klubunun 6 №-li futbolçusu Ozal Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).

7 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Kərki" – "Batmen-Montin" matçının 28-ci dəqiqəsində "Batmen-Montin" klubunun 77 №-li futbolçusu Nadir Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 50-ci dəqiqəsində "Batmen-Montin" klubunun 22 №-li futbolçusu Əhməd Əyyubov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

7 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Vebtek" – "Ağdam" matçının 38-ci dəqiqəsində "Vebtek" klubunun 10 №-li futbolçusu Rəhim İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 42-ci dəqiqəsində "Ağdam" klubunun 14 №-li futbolçusu Səbuhi Hüseynov öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1 ).

Oyunun 50-ci dəqiqəsində "Vebtek" klubunun 3 №-li futbolçusu Namiq Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

7 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "FK İT" – "Şahdağ" matçı başa çatdıqdan sonra "FK İT" klubunun 2 №-li futbolçusu Elşad Ələsgərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).

6 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Baku fire 2" – "Bolluq" matçının 42-ci dəqiqəsində "Bolluq" klubunun 13 №-li futbolçusu Rəşad Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 46-cı dəqiqəsində "Bakufire 2" klubunun 27 №-li futbolçusu Ümid Paşayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

7 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Rabitə" – "Barsamaniya" matçının 15-ci dəqiqəsində "Barsamaniya" klubunun 99 №-li futbolçusu Emil Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 42-ci dəqiqəsində "Rabitə" klubunun 13 №-li futbolçusu İdris Nəzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə