Cüdo üzrə yeniyetmələrin (1998-1999-cü il təvəllüdlülər) ölkə birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, noyabrın 3-dən başlayaraq, 3 gün davam edən yarış "Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilib. Birincilikdə "Qəbələ" İdman Klubunun cüdoçuları da çıxış edib. "Qəbələ"nin cüdoçuları yarışı 5 medalla başa vurublar. Onlar birincilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
Bu mükafatlardan üçünü Qəbələ bölməsinin üzvləri əldə edib. Medallar 1 il, 6 ay əvvəl fəaliyyətə başlayan bölmənin ilk uğurları kimi tarixə düşüb.
Qəbələ bölməsinin tarixində cüdo üzrə Azərbaycan çempionu adını qazanan ilk idmançı Fazilə Aslanova olub. 36 kq çəki dərəcəsində çıxış edən məktəbli tatamiyə çıxdığı hər üç görüşdə qələbə qazanmaqla 1-ci yerin sahibi olub. Keçirdiyi 3 görüşdə 2 qələbə qazanan Aygün Hacıyeva isə gümüş medal əldə edib. Qəbələ bölməsinin tarixində Azərbaycan birinciliyinin mükafatçısı olan ilk oğlan cüdoçu isə İmran Yusifov olub. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın bürünc medalçısı olub. Məşqçi Rail İsmayılovun yetirməsi 4 görüşdən üçündə qalib gəlib.
Bakı bölməsinin təmsilçiləri isə iki medal qazanıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 46 kq çəki dərəcəsində Nihat Ələsgərli 3-cü yerə sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB