Bu gün Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. SİA-nın məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.
Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19.40-da start veriləcək. Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək.
Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq.
Sergey Omelçenko isə sabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB