“İqticadçılar” futzalın qalibi oldu FOTO

“İqticadçılar” futzalın qalibi oldu FOTO

Azərbaycanın ali məktəb komandaları arasında keçirilən futzal turnirində Azərbaycan Dövlət Iqtisad Universitetinin komandası qalib olub. Universitetdən Sİa-ya verilən xəbərə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan turnirdə Bakı, Gəncə və Sumqayıt şəhərlərindən 19 ali məktəbin komandası yarışıb. Turnirin məqsədi tələbələrin idmana cəlb olunması və onların asudə vaxlarının səmərəli təşkili olub. Yarışlar 4 yarımqrupda təşkil olunub. İlk 2 yeri qazanan komandalar "pley off" mərhələsini keçib və bununla da mükafatlar uğurunda mübarizə aparacaq komandalar müəyyənləşib.

Yarışın yekun görüşündə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Dövlət Universitetinin təmsilçiləri ilə üz-üzə gəlib. Maraqlı və gərgin idman mübarizəsi ilə keçən yarış "İqtisadçılar"ın 4:2 qələbəsi ilə yekunlaşıb. Artıq üç ildir ki, 1-ci yerlə fərqlənən "İqtisadçılara" Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə