Oğuz Çetin Robert Prosineçkini təbrik etdi

Oğuz Çetin Robert Prosineçkini təbrik etdi

"Xəzər Lənkəran" futbol klubu və klubun baş məşqçisi Oğuz Çetin Robert Prosineçkini Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin olunması münasibətilə təbrik edir. SİA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Oğuz Çetin xorvat mütəxəssisə yeni vəzifəsində uğurlar və nailiyyətlər diləyir, onunla işbirliyinin milli komandaya və bütövlükdə Azərbaycan futboluna tövhə verəcəyinə əminiliyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə